KOMMERSİYA KİV-i (commercial mass-media) – Kommersiya məqsədi ilə fəaliyyət göstərən qəzet, jurnal, radio və TV. Kommersiya tipi bu informasiya vasitələrinin müstəqil olmasına, yalnız ictimai maraq bucağından çıxış etməsinə şərait yaradır. Dövlət və ictimai KİV-dən fərqli olaraq K. KİV-ində ictimai maraq doğuran məsələlərə, o cümlədən maarifçilik elementlərinə az yer verilir.
KOMMERSİYA TELEVİZİYASI (commercial television)– Reklam sifarişçilərinə TV vaxtının satılmasından əldə olunan gəlir hesabına maliyyələşir.