KOMPOZİSİYA TƏNASÜBÜ (compositional proportion) – Kadrda qarşılıqlı əlaqədə olan obyektlərin proporsional şəkildə paylanması (kadrın hər hansı bir yerində yüklənmənin olmaması). K.t. təkcə kadrda obyektlərin paylanması ilə deyil, həm də rəngin, tonların uyğunlaşdırılması və işığın paylanması ilə əldə olunur.
KOMPOZİTOR (sompositor/composer) – 1) TV ekranında işarə və qrafik informasiyanın inikası üçün mini EHM-lərdən istifadə sistemi; 2) Musiqi bəstələyən şəxs, bəstəkar.
KOMPRESSİYA (sompression) – 1) Dinamik diapazonun avtomatik sıxılması; 2) Rəqəmli inteqral rabitə şəbəkələrində elə bir prosesdir ki, siqnalın gücləndirilməsi həmin siqnalın böyüklüyündən asılı olaraq dəyişir və güclü siqnallara nisbətən zəif siqnallar zamanı daha da böyüyür.
KOMPRESSOR, s ı x ı c ı (compressor) – Giriş siqnalının amplitudu artdıqca veriliş əmsalı azalan səviyyələrin avtomatik tənzimləyicisi (SAT).