MİLLİ DİL (national tongue) – 1) Millətin yazılı və şifahi ünsiyyət dili, xalq dili əsasında formalaşan dil; ölkə TV-lərinin verilişlərini apardığı əsas dil; 2) Vahid yazılı və şifahi ədəbi dil normalarına əsaslanan M.d. ümumxalq ədəbi dil kimi etnik mənsubiyyətindən asılı olmayaraq bir dövlətin bütün vətəndaşları arasında ünsiyyət vasitəsidir.
MİMİKA (mimicry/facial expression)– Keçirilən hiss və əhval-ruhiyyəyə müvafiq olaraq üz əzələlərinin ifadəli hərəkətləri, üz əzələlərinin hərəkəti ilə daxili həyəcanı ifadə etmək bacarığı. M. insanın hisslərinin, əhvali-ruhiyyəsinin təzahür formalarından biridir. Aktyor M. vasitəsilə personajın müxtəlif ruhi vəziyyətlərini açıb göstərə bilir. M. qrimlə sıx bağlıdır. M. ekranda və səhnədə deyilən sözün təsir gücünü artırır, onun mənasının dəqiq qavranılmasına kömək edir.