MONOXROMATİK İŞIQ (monochrome light/illuminance) – 400-dən 700 nm-dək spektr zonasına parçalanan görünən işıq şüalanması. Biz müxtəlif dalğa uzunluqlu işıq şüalanmasını ayrı-ayrı rənglər kimi qavrayırıq. Yalnız bir dalğa uzunluğu olan şüalanma monoxromatik adlanır. M.i.-ı, məsələn, prizmanın köməyi ilə almaq olar.
MONOLOQ (monologue) – 1) Kino, TV və radioda nitqin (sözün) ifadə formalarından biri; ekran -efirdə bir adamın təkbaşına danışığı; 2) Bədii əsərdə bir qəhrəmanın öz müsahibinə, səhnədəki (və ya ekrandakı) digər obrazlara, yaxud öz-özünə müraciətlə söylədiyi nitq. Dramatik əsərdə M. bəzən surətin tamaşaçılara müraciəti şəklində də olur. M. nitq forması kimi radiotamaşalar üçün səciyyəvidir.