MÜƏYYƏN İNİKAS ZONASI (defined display area) – Ekranda videomətnin təsvirinin yer tutduğu düzbucaqlı hissə. Məqsəddən asılı olaraq bu zonanın ölçüləri və formatı dəyişə bilər.
MÜQAYİSƏ (comparison) – Burada: obyektlər arasındakı oxşarlıq və ya fərq əlamətini (yaxud hər ikisi birlikdə) müəyyən etmək məqsədi ilə onların bir-birilə tutuşdurulması, fərqləndirilməsi; cisim və hadisələrin mövcud oxşar və fərqli cəhətlərinin müəyyən edilməsindən ibarət fikri proses.
MÜLAHİZƏ (assumption/supposition/hypothesis) – Hər hansı hadisə, fakt, şəxs, yaxud EE (və ya sənət) əsəri haqqında müəyyən arqumentlərə əsaslanmaqla söylənilən rəy, fikir; müasir formal məntiqdə müəyyən dildə verilən təklif. Onun həqiqiliyinə (həqiqidir, yalandır) və ya modallığına (ehtimaldır, mümkündür, mümkün deyil, zəruridir və s.) verilən qiymətlərlə əlaqədar nəzərdən keçirilən variant.