MÜZİK-VİDEO (music-video) – Məşhur ifaçıların estrada səhnəsində oxuduğu, diqqəti cəlb edən və dəbdə olan mahnıların kasetlərə köçürülmüş video yazısı. Müvafiq yazı diqqəti təkcə mahnının özünün populyarlığına deyil, həm də müğənnilərin onu qeyri-adi geyimlərdə, dəbdəbəli tərzdə təqdimatına yönəltmək məqsədi daşıyır. Bu zaman müğənnilərin geyiminin parlaq kosmetika və ən yeni dəbdə saç düzümü ilə ahəngdarlığı da nümayiş etdirilir.
N
NAQİLLƏ VERİLİŞ (wired broadcasting) – Səsli veriliş sistemi; radio verilişindən fərqli olaraq səs (nitq, musiqi) ayrıca veriliş və ya telefon məftilləri şəbəkələrində yayılan elektrik rəqsləri vasitəsilə dinləyicilərə (abonentlərə) verilir. Əsasən radiotranslyasiya şəbəkəsi ilə ötürülür.
NAQİLLİ RADİOYAYIM (line-wired radio) – İnformasiya siqnallarının kabellə yayılması.
NATURA (nature/model) – Rəssamın, kino və fotoçəkilişinin təsvir predmeti olan real gerçəklik. Rəssamlıqda N. o deməkdir ki, əsər yaddaş və ya təsəvvür əsasında deyil, göz önündən predmetin çəkilməsi ilə başa çatır və sənətin N.-dan rəsm növü də buradan götürülmüşdür.