PİROVİDİKON (pyrovidicon) – İstilik görüntü sistemində TV dəyişdiricisinin bir növü. Optik-elektron cihazqayırmanın inkişafının mühüm istiqamətlərindən biri də istilik görüntüsüdür. Bu növ görüntü sistemlərinin yaradılması istilik enerjisinin xeyli hissəsinin cəmləşdiyi 8-12 mkm sahədə spektral həssas fotodəyişdiricilərinin tətbiqini və temperatur dəyişmələrinin 0,1 S-dən aşağı salınmasını tələb edir. Həmin tələbə məhz P. cavab verir. P.-un böyük istismar üstünlüyü məcburi soyudulma tələb etməsindədir.
PİTÇ (pitch)– Texnikada bu söz pərçim tikişi, kəsik, sarğı, yaxud modul addımı mənasında işlədilir. R və TV texnikasında – siqnalların yazılış sətirləri, yaxud tonun yüksəkliyini bildirən addım. P. sözü bu məna ilə bir çox terminlərin tərkibinə daxil olur.