PRESS-RELİZ (press release) – Mətbuat üçün məlumat, yığcam informasiya, dövlət orqanlarının, ictimai təşkilatların, mətbuat mərkəzlərinin və ya rəsmi şəxslərin mövqelərini, fikirlərini əks etdirən və KİV nümayəndələri arasında yayılması, çapı nəzərdə tutulan sənəd. P.r. adətən, bir səhifədə çap edilmiş məlumat xarakterli yığcam informasiyadan ibarət olur. Qəzet və jurnallarda (pulsuz)çap olunmaq üçün naşirlərə göndərilir, başqa reklam materialları, kiçik suvenirlərlə birlikdə mətbuat konfranslarında, simpoziumlarda, prezentasiyalarda, sərgilərdə paylanılır.