PROYEKSİYA OBYEKTİVLƏRİ (projection lens) – Təsvirin ekranda proyeksiyası üçün, məsələn, kinoproyeksiya, diapozitivlərin proyeksiyası və s. üçün obyektivlər. Kinoçəkiliş və fotoqrafiya obyektivlərindən xromatizmə düzəliş xassəsi ilə fərqlənir. Proyeksiya obyektivləri göy və bənövşəyi şüalara uyğunlaşmırlar.
PROYEKSİYA TELEVİZİYA BORUSU (projection tube)– Ekranı işıqlandırma parlaqlığı yüksək (25000-30000 kd/m2) olan qəbuledici TV borusu. Böyük ekranda (sahəsi 1-200 m2) proyeksiya-optik sistem vasitəsilə TV təsviri almaq üçündür. P.t.b.-dan TV verilişlərində, tədris və sənaye TV-sində, informasiyanı əksetdirmə sistemlərində (əsasən kosmik uçuşu idarəedən mərkəzlərdə) istifadə olunur.