REAL VAXT HESABLAYICISI (real-time counter) – Real vaxt miqyasında işləyən və lent üzərində videofraqmenti müəyyənləşdirməyə xidmət edən hesablayıcı qurğu. Ünvan-vaxt kodundan (ÜVK) fərqli olaraq R.v.h. lentdəki konkret kadrla əlaqədar olmur.
REAL VAXT REJİMİ (real time rejime) – Təsvir sahəsində davam edən görünmə (təzahür) dinamikasına (təsvirin tədricən peyda olması) müdaxilə etmədən təzahürlərin və verilən tapşırıqların (ölçülərin) qeydə alınmasını təmin edən rejim.
REAL ZAMAN KODU (real time code) – Materialın montaj prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə operatorun çəkilişdən əvvəl saatla qoyduğu işarə. R.z.k. montaj vaxtı lentdə istənilən kadrın (təsvirin) yerini operativ tapmağa imkan verir.
REDAKSİYA (editorial staff/editorship/editorial office) – Qəzet, jurnal, kitab və s. çapa hazırlayan yaradıcı-inzibati qurum, verilişin efirə hazırlanmasına məsul olan struktur vahidi; nəşriyyatın əlyazmaları çapa hazırlayan şöbəsi; idarə.