REDAKSİYA HEYƏTİ (editorial board) – Qəzet, yaxud jurnalın faəliyyətinə rəhbərlik etmək, onun problemlərini müzakirəyə çıxarmaq üçün redaksiyada yaradılan kollegial orqan. R.h.-nin sayı, səlahiyyəti və vəzifələri Azərbaycan Respublikasının «KİV haqqında Qanun»unda və redaksiyanın Nizamnaməsində öz əksini tapmışdır. Bəzən R.h. nəşrin bütün fəaliyyətinə məsuliyyət daşıyır, bəzən isə məşvərət xarakterli olur. R.h.-nin tərkibinə, adətən, baş redaktor, onun müavinləri, məsul katib, əsas şöbələrin müdirləri, redaksiyanın kommersiya direktoru daxil olur. Dövlət TV-sində bu qurumu kollegiya, özəl TV-lərdə isə proqram şurası, yaxud bədii şura əvəz edir.