REDAKTƏ ETMƏK (edit/word) – Mətni yoxlayıb düzəltmək, sonuncu dəfə işləyib çapa hazırlamaq.
REDAKTOR (editor) – Efir üçün hazırlanan verilişə cavabdeh olan, verilişin ideoloji istiqamətindən tutmuş, fakt və informasiyaların dəqiqliyi üçün məsuliyyət daşıyan şəxs; çap olunan əsərə rəhbərlik edən, onun məzmununu təsdiq edən adam.
REİLİTİ-ŞOU (reality show) – Məhkəmə, tibbi, kriminal problemlərlə bağlı teleproqram tipi. R.ş. Qərb TV-lərində geniş yayılmışdır.
REJİM ÇƏKİLİŞİ (lockup shooting) – Gün batma anında xüsusi təsviri effekt almaq məqsədi ilə aparılan kinoçəkiliş.
REJİSSOR (producer) – Ekranda müəllif ideyasını gerçəkləşdirən əsas yaradıcı sima; TV, radio, kino və teatr əsərlərində dramaturji gedişi müəyyənləşdirən, əsas mizanları verən, bütövlükdə əsərin tərtibinə və quruluşuna rəhbərlik edən şəxs; bədii rəhbər. Konkret bir filmin çəkilişi ilə bağlı yaradıcılıq və istehsalat işinə başçılıq edir. R. ssenari əsasında filmin, tamaşanın, verilişin ideya-bədii düşüncəsini müəyyənləşdirir və onu aktyorların, operatorların, rəssamların, bəstəkarların, eləcə də quruluşun digər iştirakçılarının birgə işinə rəhbərlik etməklə tam hala salır.
REJİSSOR ASSİSTENTİ (assistant producer) – Bax: A s s i s t e n t.
REJİSSOR KANALININ KODU (sue code) – Videomontaj üçün rejissor kanalının maqnit nişanı.
REJİSSOR SSENARİSİ (script of production) – Filmin məzmununu açmaq və onun gerçəkləşdirilməsi üçün rejissorun ssenari üzərində apardığı yaradıcılıq işi. R.s. ədəbi ssenari (yaxud, libretto) əsasında işlənir. Bu ssenaridə bütün film epizodlar və kadrlar üzrə bölünür, eyni zamanda hər kadrın uzunluğu (metrlə), məzmunu, musiqi və səs effektləri ilə müşayiəti ayrıca göstərilir. Başqa sözlə, R.s.-ndə filmin hansı parçalardan (epizod və kadrlardan) yığılacağı, hər kadrda nəyin təsvir olunacağı və necə çəkiləcəyi aydın göstərilir.