REJİSSURA (producing/production) – Obrazlı tam kimi filmin estetik və məna təşkilinə yönəlmiş peşəkar fəaliyyət sahəsi. Kinoda və TV-də R. çəkilən filmin, verilişin məzmun formalarının bütün komponentlərinin həmtabeçiliyi şəklində həyata keçirilir.
REQLAMENT (regulations/time-limit) – TV və radioda (eləcə də iclas, elmi toplantı və s.) çıxış üçün müəyyən edilmiş vaxt; iclas, müşavirə, konfrans, qurultay və s. keçirilməsi haqqında qəbul edilmiş qayda; hər hansı bir iş, fəaliyyət qaydasını müəyyən edən xidmət nizamnaməsi, qaydalar məcmucu.