REKLAM FASİLƏSİ (advertizing break/commercial break/plug) – R və TV verilişlərini kəsən, auditoriyanın diqqətini kommersiya informasiyasına cəlb edən vasitə. Lakin filmlərin, konsertlərin, oyunların və digər janrların tam mənimsənilməsinin pozulması reklam fasilələrinə və bütövlükdə reklam yayıcılarının qıcıqlandırıcı fəaliyyətinə mənfi münasibət yaradır.
REKLAM KOMPANİYASI (advertising company)– Müəyyən ərazidə və müəyyən zaman kəsiyində bir və ya bir neçə vasitə ilə mal və xidmətlər bazarını yaratmaq, yaxud genişləndirmək məqsədi ilə qabaqcadan düşünülmüş reklam aksiyaları.