REKVİZİT (properties/props) – 1) Tamaşa, bədii veriliş və ya kinofilm çəkilişində işlədilən əşyalar; 2) Saziş və ya sənəd üçün lazım olan şərtlər; 3) Rekvizitlər – bir sənəddə qanunla müəyyən edilmiş şərtlər. Sənəddə R.-dən ən azı birinin olmaması onun sahibini bu sənəddən istədiyi məqsədlə istifadə hüququndan məhrum edir.
RELE (relay) – Elektrik dövrəsini avtomatik olaraq bağlayan və açan cihaz; əsasən avtomatika, teleidarə sistemlərində və rabitə aparatlarında istifadə olunur.
REMARKA (stage direction) – Pyesin mətninə müəllifin verdiyi izahat (adətən, mətndə mötərizə daxilində verilən, dramaturji vəziyyət, məkan, xarakterlərin, surətlərin edəcəyi jestləri, intonasiyanı, səhnəyə gəlişini və səhnədən gedişini rejissorsayağı izah edən qeydləri). Teleradio tamaşalarında R.-dan istifadə olunur.
REMİKSİNQ (remuxing)– Bütövlükdə "qarışdırmaq" sözündən əmələ gələn "muxing" termini "Re" sözönünü qəbul edərək təkrarlanan hərəkətin dəfələrlə olması mənasını verir. R. musiqidə səslərin, yaxud mətbuatda, R və TV verilişlərində müxtəlif elementlərin "qarışması", kombinasiyası proseslərini bildirir.