SENSİTOMETRİK NƏZARƏT (sensitometric control) – Neqativlə birlikdə xüsusi cihazda – sensitometrdə ekspozisiya edilən həmin növ kinolentin bir kəsiyinin aşkarlandığı nəzarət üsulu. Lentin bu kəsiyinə – sensitoqrama görə neqativin aşkarlanma dərəcəsini xarakterizə edən təzadlıq (kontrastlıq), yaxud qamma əmsalının miqdarını təyin etmək mümkündür. Kinolenti maşınla emal edərkən, zamana görə aşkarlama qaydasından istifadə olunduğu üçün S.n. üsulu müntəzəm həyata keçirilir.