SƏHİFƏLƏMƏ (agenda setting) – 1) İri həcmli və mozaika tipli verilişlərin müəyyən kompozisiyada birləşdirilməsi; 2) Elektron montajın işlək effektlərindən biri. Bax: D ü z ü m.
SƏHNƏ (act) – 1) Teatr tamaşasının ayrıca bir parçası; şəkil, məclis; 2) Ekranda, tamaşada, filmdə, şəkildə təsvir olunan bir parça, ayrıca epizod. Məs., filmdən bir səhnə və s.
SƏNƏD (document) – Hər hansı bir faktı, yaxud hüququ təsdiq edən rəsmi kağız; jurnalistin konkret faktla bağlı müraciət etdiyi və etibarlı sayılan informasiya mənbələrindən (vasitələrindən) biri; qanunla nəzərdə tutulmuş formada tərtib edilmiş və hüquqi əhəmiyyətli faktları (şəxsin doğulmasını, təhsil almasını, əmək stajını və s.) təsdiq edən yazılı akt.