SƏS MONTAJI (audio editing) – Montaj texnologiyası baxımından fonoqramın təmiz və təhrifsiz səslənməsini təmin etmək üçün səsyazmanın keyfiyyətinin tənzimlənməsi prosesi. Estetik tələblər baxımından fonoqram montaj edilmiş materialın ovqat və ritminə, deməli, proqramı izləyən seyrçilərin təəssüratına önəmli təsir göstərir. Montaj zamanı fonoqramın hazırlanmasında üç mərhələni qeyd etmək olar: s ə s s ı r a s ı e l e m e n t l ə r i n i n s e ç i l m ə s i, o n l a r ı n a r d ı c ı l y e r l ə ş d i r i l m ə s i v ə b i r l ə ş d i r i l i b i ş l ə n m ə s i.