SƏSYAZMA DÜYMƏSİ (audio rec level) – Giriş səsinin səviyyəsinə iki istiqamətdə nəzarət olunmasını həyata keçirən düymə. Bax: S ə s s ə v i y y ə s i.
SƏSYAZMA SINAQLARI VƏ SƏS YAZISININ YOXLANILMASI (recording tests and controlling) – Studiyadankənar şəraitdə gerçəkləşdirilən hər hansı səsyazmaya çəkilişdən öncə sınaq yazılışının aparılması və çəkiliş prosesində fonoqram keyfiyyətinin yoxlanılması proseduru. Çəkilişdən öncə sınaq yazılışından, volyumetrdən, həm də qulaqlıqlardan yararlanmaqla çəkiliş prosesində səs keyfiyyətinə nəzarətdən başqa, yazılan fonoqramın da keyfiyyətini müntəzəm şəkildə yoxlamaq yaddan çıxarılmamalıdır.