SİFARİŞ FİLMİ (sponsored film) – Sifarişlə çəkilən və konkret ünvanı olan (obyekt, yaxud subyekt) film.
SİQNAL (cue) – Videoyazını, çəkilişi, səsyazmanı, verilişi, çıxışı, musiqini və s. başlamaq və ya qurtarmaq üçün bu və ya başqa formada verilən işarə; hər hansı bir məlumatı, xəbəri, komandanı və s. uzaqlara vermək üçün şərtləndirilmiş işarələr sistemi; 2) Hər hansı fərdin, yaxud təşkilatın ictimai qanunların əksinə fəaliyyəti haqqında mətbuata verilən xəbər.
SİQNAL DÜŞMƏSİ (signal failure) – TM siqnalının müəyyən səviyyədən aşağı amlituda olması ilə əlaqədar demodulyatorun çıxışındakı təsvir siqnalının bir anlığa itməsi. S.d. prosesi zamanı pauzaların səs effektləri ilə dolması kimi təhriflər yaranır.
SİQNALIN ANALOQDAN RƏQƏMLİ FORMAYA KEÇMƏSİ (analog digital conversion) – Bir sıra əməliyyat kompleksi – diskretizasiya (zamana görə), kvantlaşdırma (səviyyəyə görə) və kodlaşdırma nəticəsində həyata keçirilən proses. Bir qayda olaraq, kvantlaşdırma və kodlaşdırma ümumi funksional blokla eyni zamanda həyata keçirilir. Səmərəlilik üçün bu proseslərin analizi ayrılıqda aparılır. Analoq siqnallarının rəqəmli formaya çevrilməsi analoq-rəqəmli dəyişdiricilərdə (ARD), əks çevrilmə isə rəqəmli – analoq dəyişdiricilərində (RAD) baş verir.