SİMLİ YAYIM QOVŞAĞI (wired broadcasting) – Abonentlərə (dinləyicilərə) səsli yayım proqramlarının qəbulunu, gücləndirilməsini və verilişini həyata keçirən stansiya və xətti avadanlıq kompleksi; radiotranslyasiya qovşağı.
SİMMETRİYA (symmetry) – Düzülüşcə uyğunluq, oxşayış, mütənasiblik, ahəngdarlıq; bütöv bir şeyin hissələrinin mərkəzə, orta nöqtəyə görə uyğun mütənasib düzülüşü, yerləşməsi. S. şərtləri kadrın qurulmasında özünü göstərir.
SİMPTOM (symptom) – Əlamət; hər hansı bir təzahürün baş verməsinin, yaranmasının zahiri əlaməti.
SİMULTANLIQ (simultaneous broadcasting) – 1) Hadisənin baş verdiyi andaca ekranda göstərilməsi; 2) Səsin (danışığın) və təsvirin eyni vaxtda efirə verilməsi.
SİMVOL (symbol) – 1) Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə, rəmz; 2) Konkret bir əhvalatın, yaxud hadisənin ideya və fərqləndirici cəhətlərini yüksək dərəcədə, ümumiləşdirilmiş formada, təsirli şəkildə ifadə edən obraz.