AYDIN GÖRMƏ SAHƏSİ (vivid viewing field) – İnsanın gözünü hərəkət etdirmədən, yaxud başının vəziyyətini dəyişmədən (çevirmədən) əşyaların detallarını aydın (dəqiq) görə bildiyi sahə.
AYDINLATMA (illumination/ILL) – Kameranın qarşısındakı müstəvidə olan cismin və ya səhnənin aydın görmə həddinədək işıqlandırılması.
AYIRMA (sekance)– Kadr daxilində bütöv meydan yaradan səhnələr və ya çəkilişlər "seriyası". A.-lar tək və bir neçə dekorasiya içindən keçə bilər.
AYRI-AYRI HİSSƏLƏRİN KOMPOZİSİYA AHƏNGDARLIĞI (compositional harmonic of different parts) – Verilişin, yaxud mətnin hissələrinin ahəngdar birləşdirilməsi. Buna mətnin montaj düzümü prinsipləri vasitəsilə nail olmaq mümkündür. Həmin yanaşma üsulu kino sənəti təcrübəsində işlənib-hazırlanmışdır. Əslində, bu üsul montaj stolu arxasında daha uğurlu epizodların seçilib bütöv bir filmdə cəmləşdirilməsi deməkdir.