Азярбайъан Енсиклопедийасы


SİSTEM BLOKU (system block)



Yüklə 2,68 Mb.
səhifə643/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   639   640   641   642   643   644   645   646   ...   809
SİSTEM BLOKU (system block) – Kompüterin bütün aparat hissəsini, yəni qida blokunu, sərt və çevik disklərdə yaddaşı, videoadapteri, giriş-çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan "ana plata"sını özündə cəmləşdirən gövdə. Bundan əlavə S.b.-nda əlavə olaraq faks-modem (daxili), multimedia vasitələri (disk, səs kartı), şəbəkə kartı və s. qurğular da yerləşə bilər. Kompüterin modelləri dəyişdikcə S.b.-un xarici görünüşü də dəyişir.

SİTAT (citation/quotation) – 1) Bir mətndən və ya şəxsin dilindən eynilə alınıb işlədilən dil vahidləri, iqtibas; öz fikrini təsdiq və sübut etmək, qüvvətləndirmək, yaxud birisinin müddəalarını təkzib etmək üçün bir müəllifin əsərindən və ya sənəddən eynilə götürülən parça, hissə; 2) Verilişlərdə hər hansı hadisənin, yaxud fikrin doğruluğunu təsdiq etmək məqsədi ilə səlahiyyətli şəxsin, yaxud ekspertin istinad kimi gətirilən sözləri. S.-dan daha çox istinad etmək, informasiyaya mötəbərlik, aydınlıq gətirmək məqsədi ilə istifadə olunur.

SİTKOM (sitcom situation comedy) – Vəziyyətlər komediyası. Seriyalar və seriallarla yanaşı, kütləvi videoəyləncə mədəniyyəti üçün səciyyəvi növ kimi qiymətləndirilən populyar TV janrı.

SİTUASİYA (situation) – Həyatda və incəsənətdə dramatik konfliktin inkişaf etdiyi müəyyən şəraitin, vəziyyətin məcmusu. S. ictimai münasibətlərdən, ziddiyyətlərdən, bir-birinə əks meyllərin, baxışların, niyyətlərin toqquşmasından asılıdır. Ziddiyyətlərin xarakteri S.-ların (fəci, komik və s.) xarakterlərini müəyyən edir.

SİYASİ ŞƏRHÇİ (news analist) – Ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrin mahiyyətini şərh edən şəxs; ictimai-siyasi məsələlərin şərhi üzrə ixtisaslaşmış jurnalist.

SKAYNER (scanner) – 1) Mətnlərin, təsvirin (fotonun) və digər qrafik cizgilərin kompüterə verilməsini (klaviaturasız) təmin edən qurğu; 2) Müşahidə olunan məkanın tapşırıq verilən zonasında informasiyaya şüa baxışı üçün qurğu. Naşirlərin lüğətində scan sözü qəzet, yaxud digər çap mətninə baxışı, TV sahəsində təsvirin təhlilini, parçalanmasını, yaxud elementlər, nöqtələr üzrə açılmasını bildirir. Ən geniş yayılmış iki növ S. mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop). İkinci növ S. daha geniş yayılmışdır.

SLOQAN (slogan) – Bax: Ş ü a r.

SOLO (solo) – 1) Bir musiqi aləti və ya bir səs üçün yazılmış musiqi əsəri və ya həmin əsərdən bir parça; 2) Bir nəfər tərəfindən ifa edilən rəqs, mahnı.

SONLUQ (epilogue) – Kinofilmin nəticədən (zavyazkadan) sonra gələn tamamlayıcı hissəsi.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   639   640   641   642   643   644   645   646   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin