Азярбайъан Енсиклопедийасы


STEREOFONİK YAZI (stereo recording) ­



Yüklə 2,68 Mb.
səhifə653/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   649   650   651   652   653   654   655   656   ...   809
STEREOFONİK YAZI (stereo recording) ­– Siqnalların iki kanaldan bir cığıra növbəli yazılışı. Hər iki kanal eyni zamanda 44,1 kHs tezliklə növbələnir.

STEREOFONİYA (stereophonic(y)) – Səs mənbələrinin fəzada paylanması effektini saxlamaqla səsin elektroakustik cihazlarla ötürülməsi və ya yenidən səsləndirilməsi. Səs mənbələri fəzada paylandıqda insanın eşitmə aparatı onların müxtəlif yerdə olduğunu təyin edir (məs., orkestrdə musiqi alətlərinin yerini müəyyənləşdirir). Adi radioqəbuledici və kinofilmi müşayiət edən səsucaldan səsi yalnız bir istiqamətdə şüalandırır və radiotranslyasiya zamanı real hadisəyə uyğun fəza effekti yaranmır. S. verilişlərin təbiiliyini artırır. Məs., orkestrin səsini və musiqi alətlərinin yerləşməsini təbii vermək üçün üç mikrofon üfüqi müstəvidə (qulaq mənbəyin şaquli müstəvidə yerləşməsinə az həssasdır) orkestrin düzülüşü boyunca bir-birindən müxtəlif məsafədə qoyulur. Hər mikrofona gücləndirici qoşulur və siqnal səsucaldana ötürülür.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   649   650   651   652   653   654   655   656   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin