STİLİST (stylist) – Gözəl yazı və redaktə üslubu, gözəl qələmi olan adam; efir materiallarının dili üzərində işləyən fərd.
STİMUL (stimulus/incentive) – Hərəkətverici amil, bir işə sövq edən həvəsləndirici səbəb; bir şeyin inkişafı üçün əlverişli şərait; maddi maraq, həvəsləndirmə.
STOP-KADR (still frame) – 1) Ekranda kadrın dayandırılması (yazma rejimindən çıxarma, dayanma, videobaşlığı dondurma); yaxud hər hansı təsviri, epizodu vurğulamaq məqsədi ilə əvvəlcədən seçilmiş bir kadrın xüsusi effektlə bir neçə saniyə donuq (foto kimi) vəziyyətdə saxlanması; 2) Elektron montaj effekti.