SÜRƏTLİ BAXIŞ (browse) – Stop-kadrların, qrafika sisteminin qeyri-xətti sistemin blokuna daxil edilmiş, əvvəlcədən göstərilən təsvirlərin işıqlandırılması (azaldılmış ölçüdə) ilə təmin edən proses. S.b. vasitəsilə videokliplərin və stop-kadrların seçilməsi asanlaşdırılır.
SÜRƏTLİ KİNOÇƏKİLİŞ (rapid shooting) – Kinoproyeksiyanın qəbul olunmuş standart sürətindən yüksək tezliklə yerinə yetirilən kinoçəkiliş (8 mm üçün 16-18 kadr/s və 16 mm-lik filmlər üçün 24 kadr/s.).
SÜRTÜNMƏLƏR (frictions/rubbing) – Təzyiqin, sürtünmənin, sınmanın və s. emulsiya təbəqəsinə ilkin mexaniki təsiri nəticəsində aşkarlama zamanı kinotəsvirdə təbəqənin kiçik sahələrinin qaralması şəklində əmələ gələn qüsurlar.
Ş
ŞAXŞAX (rattle/ratchel/drill/trinket) – Kinoçəkilişdə, xüsusilə də səsli filmlərin çəkilişlərində istifadə edilən və həncama ilə birləşdirilmiş iki taxta parçasından ibarət sadə qurğu.