ŞƏRHÇİ (commentator/reviewer) – Hadisələr arasında səbəb-nəticə əlaqələrini işıqlandıran, baş verən olayların mahiyyətini aydınlaşdıran, izah edən, mümkün nəticə və proqnozlar barədə danışan şəxs
ŞƏRHÇİ (commentator/reviewer) – Hadisələr arasında səbəb-nəticə əlaqələrini işıqlandıran, baş verən olayların mahiyyətini aydınlaşdıran, izah edən, mümkün nəticə və proqnozlar barədə danışan şəxs.
ŞƏRTİLİK (conditionality/conventionality) – EE-də hadisənin və obrazın yaradılma üsulu, həyatabənzərlikdən şüurlu, bilərəkdən əl çəkməyə əsaslanan bədii təsvir prinsipi. TV və kino xüsusi şərtiliklər sisteminə malikdir.
ŞƏRTİ SİQNAL NÖQTƏSİ (sue dot) – TV təsvirinin yuxarı sağ küncündə kiçik düzbucaqlı. Ş.s.n. verilən proqramın sonunun yaxınlaşdığını siqnallarla xəbər verir; proqramın qurtarmasına bir dəqiqə qalmış, yaxud proqramın gedişində fasiləyədək verilir və verilişin qurtarmasına beş saniyə qalmış yoxa çıxır.
ŞİRNİKLƏNDİRİCİ VERİLİŞLƏR (hypoing)– Böyük teleşəbəkələrin və yerli stansiyaların tamaşaçı yığmaq məqsədi ilə müəyyən mövsümdə efirə verdikləri çox cazibəli proqramlar. Reklam sifarişçilərini auditoriyanın genişliyinə əmin etmək üçün bu verilişlər müəyyən gündə efirə buraxılır və bu taktika növbəti günlərdə özünü doğruldur.