TAM TELEVİZİYA SİQNALI (composite TV signal) – Yayım TV-sinin qara-ağ sistemlərində parlaqlıq siqnalının, söndürən və sinxronlaşdıran impulsların məcmusu. Parlaqlıq siqnalı verilən TV təsvirinin parlaqlığı haqqında informasiya daşıyır. Bu, çoxsəviyyəli analoq siqnalıdır və düz hərəkət zamanı daxilində verilir. Obyektin maksimal parlaqlığına müvafiq olan siqnal səviyyəsi a ğ s ə v i y y ə s i, minimal parlaqlığına müvafiq olan siqnal səviyyəsi isə q a r a s ə v i y y ə s iadlanır. Əgər ağ səviyyəsinə siqnalın gərginliyinin maksimal qiyməti uyğundursa, həmin siqnalın qütblüyü m ü s b ə t, siqnal isə p o z i t i v adlanır. Əgər ağ səviyyəsinə siqnalın gərginliyinin minimal qiyməti uyğundursa, belə bir siqnalın qütblüyü m ə n f i siqnal, özü isə n e q a t i v adlanır. Parlaqlıq siqnalı gərginliyinin maksimal və minimal qiymətləri arasındakı fərq p a r l a q l ı q s i q n a l ı n ı n g e n i ş l i y i adlanır.