TELEKOMMUNİKASİYA (telecommunication) – 1) Elektrik və elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi) ilə hər hansı siqnalın, səsin və təsvirin ötürülməsi və qəbul edilməsi; 2) TV-nin də daxil olduğu ən müasir informasiya, ünsiyyət və rabitə vasitələri sistemi.
TELEKONFRANS (teleconference)– İnternetin inkişafı şəraitində bir-birindən uzaqda olan kommunikasiya iştirakçılarının eyni zamanlı ikitərəfli mətnli, səsli və təsvirli informasiya mübadiləsi vasitəsilə birləşdirilməsi. Bax: V i d e o k o n f r a n s.