Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə696/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   692   693   694   695   696   697   698   699   ...   809
TELETAYP (teletype) – Yazı makinası tipli klaviaturası olan və mənbədən ötürülən mətni avtomatik çap edən teleqraf aparatı.

TELETEKST (teletext) – Yayım videoqrafiyası; məlumatın ekranda sinxron yerləşdirilmə sistemi; əhaliyə kütləvi xidmət göstərilməsi üçün mətnli-qrafik, yüksək sürətli informasiya sistemi. Telemətnin siqnalları TV kanalları ilə əsas proqramla eyni vaxtda verilir, lakin adi televizor üçün "görünməz" qalır.

TELETƏBABƏT (telemedicine) – İSM ilə əlaqə vasitəsilə tibbi arayış informasiyasının (diaqnoz, müalicə üsulları, dərmanlar, ilk yardım haqqında) alınması.

TELEVERNİSAJ (tele varnishing day) – Ekranda, adətən, verilişlərarası fasilələrdə incəsənət əsərlərinin (rəssamlıq, heykəltəraşlıq və s.) nümayişi.

TELEVİZİYA (televising) – Təsvirin elektrik və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi; hərəkət edən təsvirlərin radioelektron qurğularla uzaq məsafəyə verilişi ilə bağlı olan elm, texnika və mədəniyyət sahəsi. Kino-teatr, estrada və s. xüsusiyyətlərini özündə birləşdirən, həmçinin ədəbiyyat və musiqi ilə sıx bağlı olmaqla TV verilişinin obyektində və formasında özünü göstərən bir sıra spesifik xüsusiyyətlərə malik olan sənət növü. T.-da t ə s v i r i n e l e m e n t l ə r i n i n a r d ı c ı l v e r i l m ə s i p r i n s i p i qəbul edilmişdir. T. informasiyanın (siyasi, mədəni, elmi, tədris və s.) yayılmasında ən kütləvi vasitələrdəndir. T., həmçinin elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s. geniş tətbiq olunur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   692   693   694   695   696   697   698   699   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin