TELEVİZİYANIN MƏLUMAT CƏDVƏLİ (event information table) – TV-də göstəriləcək proqramların cədvəli. Məs., hər hansı şounun, konsertin, filmin başlanması, davamiyyəti və s. haqqında informasiyalar.
TELEVİZİYA PUBLİSİSTİKASI (television publicism) – Cəmiyyətdə gedən ictimai-siyasi proseslərin, günün aktual problemlərinin TV ekranında işıqlandırılması və auditoriyanın rəyinin formalaşmasına xidmət edən ictimai əhəmiyyətli materialların efirdə göstərilməsi. T.p.-nın əsas vəzifəsi sosial önəmli məsələlərə auditoriyanın diqqətini yönəltmək, cəmiyyətdə gedən proseslərin, baş vermiş hadisələrin və ictimai əhəmiyyət kəsb edən faktların mahiyyətinin açılmasında tamaşaçıya yardımçı olmaqdır.