Азярбайъан Енсиклопедийасы


TELEZARİSOVKA (telesketch)



Yüklə 2,68 Mb.
səhifə712/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   708   709   710   711   712   713   714   715   ...   809
TELEZARİSOVKA (telesketch) – Ekranda yüngül informativ səciyyə daşıyan oçerkvari forma. TV-də zarisovka üçün mükəmməllik, dərinlik, məntiqilik zəruri deyil. Adətən, mənzərə çəkilişlərini, kadrların qarşılıqlı əlaqədə olan vəhdətini T. adlandırırlar. T.-dan, bir qayda olaraq, verilişlərarası fasilələrdə istifadə olunur.

TEMA (subject/topic/theme) – Filmin, gündəlik verilişin, populyar proqramların əsas (aparıcı) mövzusu.

TEMBR (timbre) – Hər bir fərdin danışığı, hər bir səs və ya musiqi aləti üçün xarakterik olan səs keyfiyyəti; səsə xas olan əsas əlamət, səs çaları, ton; səsin əsas tonuna və ya küyünə harmonik oberton və rezonator ton əlavə etməklə meydana gələn çaları. T. istənilən səsin fərdiləşmə əlaməti, onu başqalarından fərqləndirən xüsusiyyəti kimi qiymətləndirilir. Şifahi nitqdə sait və s. sonor səslər T.-ə görə fərqlənir və bu fərqlənmədə birinci və ikinci formantlar əsas rol oynayır. Əsas ton tezliyinin formantlar və harmonik obertonlarla əlaqəsi danışanın fərdi nitq xüsusiyyətlərini müəyyənləşdirir. Danışıq intonasiyasında T.-ə görə emosiyaların bütün mümkün olan çalarları (sevinc, kədər, narazılıq, qorxu və s.) ayırd edilir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   708   709   710   711   712   713   714   715   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin