TƏSVİR İŞLƏNMƏSİ (image – picture processing) – Müvafiq optik və ya elektrik siqnallarının işlənməsinə əsaslanan proses. T.i. orijinalla müqayisədə formalaşdırılan təsvirə bu və ya digər dəyişikliklərin edilməsini nəzərdə tutur (təsvirin xırda detallarının təzadının böyüdülməsi, təsvirin müəyyən detallarının şərti rənglərə boyadılması, təsvirdə parlaqlığın sıralanmasının paylaşdırılması və s.).
TƏSVİR KEYFİYYƏTİ (image quality) – Təsvirin müəyyənləşdirilə bilən və ölçüyə gələn ayrı-ayrı parametrləri onun ümumi xarakteristikasını – keyfiyyətini əks etdirir. TV təsvirinin keyfiyyətini, adətən, adi gözlə müşahidə olunan görüntünün optik təsvirinə, yaxud səhnədən verilən hər hansı təsvirə nə dərəcədə bənzəməsinə görə müəyyənləşdirirlər.