TƏSVİR MİQYASI (image scale) – 1/m – kinolentdə əşyanın təsvirinin xətti ölçülərinin həqiqi xətti ölçülərindən nə qədər kiçik olduğunu kəsrlə ifadə edən göstərici (burada kəsrin surəti "1", məxrəci isə "m" olur).
TƏSVİRSABİTLƏŞDİRİCİ SİSTEM (image stabilization system) – Videokameralarda cihazın əsməsi nəticəsində meydana gələn arzuolunmaz titrəyişləri aradan qaldıran sistem. Bu sistemdə üfüqi və şaquli linza mühərrikləri vardır. Aşağıya və ya yuxarıya titrəmə varsa, şaquli qeydə alıcılar şaquli linza mühərrikinə elektrik siqnalı göndərir. Mühərrik də, öz növbəsində, linzanın titrəmə olan tərəfinin əksinə hərəkət edərək tarazlığın təmin olunmasına çalışır. Bu sistem təsvir titrəməsini tam olaraq aradan qaldırmır, ancaq kifayət qədər azaldır.