BETAKAM (Betacam) – SONY firmasının studiya və studiyadankənar videoistehsal, eləcə də videojurnalistika üçün işləyib hazırladığı çağdaş videoyazılışı biçimi. B.-da parlaqlıq və rəng siqnallarının yazılışı müxtəlif videobaşlıqlı ayrı-ayrı videocığırlarda aparılır. Videolentin yuxarı hissəsində səs siqnallarının yazılışı üçün iki köndələn cığır yerləşir. Lentin aşağı hissəsində sinxrosiqnal və ünvan-zaman kodunun (ÜZK) cığırları yerləşir. Hər qoşa videobaşlıqdan əvvəl fırlanan pozucu başlıq yerləşir ki, bu da videoyazılış zamanı əlavə imkanlar açır. Bu cür başlığın olması artıq siqnaloqramların olduğu yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.