Азярбайъан Енсиклопедийасы


TUŞLAMA MÜSTƏVİSİ (shadowing plane)



Yüklə 2,68 Mb.
səhifə745/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   741   742   743   744   745   746   747   748   ...   809
TUŞLAMA MÜSTƏVİSİ (shadowing plane) – Kəskinliyə tuşlamanın yerinə yetirildiyi əşya məkanındakı müstəvi. T.m. təsvir müstəvisinə qoşulmalıdır.

TÜNDLƏŞDİRİCİLƏR (shadowing mask) – Kamera qarşısında çəkilən şəxslərin fiqurlarında süni kölgələr yarada bilən örtük, tül, sipərciklər. T. operatorun təbii işıq şəraitindən asılı olduğu naturada kinoçəkilişlər zamanı xüsusilə tez-tez işlənir. Gün işığının müvafiq şəkildə, operatorun istədiyi kimi çəkiliş obyektini işıqlandıracağı məqamı gözləməmək üçün T.-dən istifadə olunur. Bundan başqa, elektrik projektorlarından, inikas işıqlandırıcılarından və yastı güzgülərdən istifadə yolu ilə də pavilyon şəraitinə yaxın olan naturada çəkiliş aparmaq olar. T. qeyri-şəffaf, məftil karkasa tikilmiş möhkəm materiyadan, fanerdən, kartondan da hazırlana bilər.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   741   742   743   744   745   746   747   748   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin