Азярбайъан Енсиклопедийасы


TV PROYEKTOR (Projection television)



Yüklə 2,68 Mb.
səhifə748/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   744   745   746   747   748   749   750   751   ...   809
TV PROYEKTOR (Projection television) – Bax: P r o y e k s i y a t e l e v i z i y a s ı.

TV SİSTEMİNDƏ SİNXRONLAŞDIRMA (TV system synchronization) – Təsvirlərin analizi və sintezi zamanı təsvir açmalarının qurulması və müvəqqəti uyğunlaşdırılması prosesi. Təsviri açan qurğulardakı proseslər silsilələrinin eyni ritmdə davamiyyəti sinxron sayılır. Sinxron proseslər eyni zamanda baş verdikdə isə sinfaz olur.

TV TƏSVİRLƏRİNİN RƏNG PARAMETRLƏRİ (picture/image color parameters) – Buraya rəng tonu, dolğunluq və işıqlılıq aiddir. RYT sistemlərində verilən rəng tonlarının diapazonu, demək olar ki, təbiətdə rast gəlinən bütün rəng çalarlarını əhatə edir, kinofilmlərə baxarkən müşahidə edilən rəng tonlarının diapazonundan isə bir qədər genişdir.

TV TELESKOP (television telescope) – Teleskopun optik sisteminin yaratdığı kosmik obyektlərin təsvirinin ötürücü TV borusunun fotokatoduna daxil olduğu qurğu. T.t-da təsvir elektron-şüa cihazının ekranından fotoya alına bilər. T.t. həmçinin müşahidələrin nəticələrini EHM-lərə daxil etmək imkanına malikdir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   744   745   746   747   748   749   750   751   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin