UZUN DALĞA (long wave) – Əhatə dairəsi 600 metrdən çox olan dalğa.
Ü
ÜÇQAT BÖLÜM QAYDASI (rule of triple separation) – Kadr kompozisiyasını qurmaq üçün istifadə olunan mexaniki qaydalardan biri. Bax: E k r a n (k a d r) k o m p o z i s i y a s ı.
ÜÇ NÖQTƏDƏN İŞIQLANDIRMA (tree point illumination/lighting) – Çəkiliş zamanı üçölçülü təəssürat oyatmaqdan ötrü formanı sezdirmək (rəsmləyici işıq); çəkiliş obyektini fondan ayırmaq (əks işıq); rəsmləyici işığın (doldurucu işıq və ya köməkçi işıq) yaratdığı qatı kölgəni seyrəltmək üçün istifadə olunan işıqlandırma üsulu.