YAZILIŞ FORMATI (recording format) – Maqnit lentinin əsas səthinə yazılmış TV və digər siqnallar barədə informasiyanı saxlayan sətirlər və cığırlar seriyasının yerləşdirilməsi sistemi. Y.f. yazılışın texnologiyasını və informasiyanın hesablanmasını müəyyənləşdirir.
YAZININ FORMATI (letterbox) – Yazı elementlərinin məlumat daşıyıcısında unifikasiya edilmiş və ya standartlaşdırılmış şəkildə yerləşdirilməsi.
YAZI SƏVİYYƏSİ (recorded level) – Yazılmış informasiyanı əks etdirən yazı daşıyıcısının dəyişmə vəziyyətinin göstəricisi. Yazma səviyyəsi Y.s.-ndən asılı olur. Maqnit yazısı zamanı Y.s., adətən, qısa qapanma axını ilə müəyyənləşir.
YEDDİNCİ SƏNƏT (seventh art)– Kino sənətinə verilən məcazi adlardan biri. Y.s. terminini ilk dəfə kino nəzəriyyəsinin banilərindən biri, italiyalı şair Riçotta Kanudo işlətmişdir.