DEYİLİŞ (prononciation) –Deyilmə tərzi, tələffüz tərzi; tələffüz. Sözün deyilişi.
DEZİNFORMASİYA (misinformation) – Qəsdən yalan məlumat vermə, ictimaiyyəti yalan informasiya ilə çaşdırma. D. hər hansı hadisənin mahiyyətini ört-basdır etmək, ictimai fikri azdırmaq məqsədi ilə verilir.
DƏQİQLİK, QISALIQ, AYDINLIQ (accurancy, shortness, clearness) – Xəbər proqramlarına və ayrılıqda hər bir xəbərə verilən əsas tələblər; jurnalistikanın əsas prinsipləri.
DƏRƏCƏ TƏHRİFLƏRİ (brightness distortions) – Təsvirin axıcılığını azaldan və rəngin keyfiyyətinə xələl gətirən parlaqlıq dəyişiklikləri. Bir qayda olaraq, kineskopun texniki imkanları verilən təsvirin səlisliyindən xeyli aşağı olduğuna görə D.t. tez-tez və qabarıq nəzərə çarpmır.