DRAMATURGİYA (the drama) – 1) Hər hansı bir sənətkarın, xalqın və ya dövrün dram əsərlərinin məcmusu; 2) Tamaşa və ya filmin süjet-obraz konsepsiyası (TV və kino D.-sının xarakterik forması ssenaridir); 3) Dram əsərlərinin quruluş prisiplərini öyrənən incəsənət nəzəriyyəsi.
DRAMATURJİ FƏND (dramatic device/method)– Bax: T ə h k i y ə n i n d r a m a t u r g i y a s ı.
DRAMATURJİ «TƏLƏ» (dramatic "trap") – Süjetin tamaşaçı diqqətini cəlb edən ilk kadrları və onu müşayiət edən mətn. Süjetin konteksti çərçivəsindən kənara çıxmayan bu «tələ» ilə reportyor auditoriyanın diqqətini haqqında danışılan hadisənin inkişafına cəlb edə bilər. D.t. hadisənin tamaşaçıya çatdırılmasına xidmət edən ekspressiv formadır, lakin bu vasitədən sui-istifadə etmək və onu manipulyasiya alətinə çevirmək olmaz.
DRAYVER (driver) – Proqram; hansısa qurğunun kompüterdə işləməsini gerçəkləşdirən proqram.
DUBL (double) – Filmdə, verilişdə hər hansı epizodun təkrar çəkilişi.