DÜZGÜN NİTQ (standard speech) – Normativ qrammatika, leksikologiya, orfoepiya və məntiqin tələblərinə müvafiq şəkildə qurulmuş nitq. D.n. bu tələblərə cavab verən nitqdir: ədəbi tələffüz, sözlərin düzgün seçilməsi, qrammatik dəqiqlik, məntiqlik. Əslində, D.n. nitq normalarına uyğun danışıqdır. D.n. heç də yaxşı nitq demək deyildir. Bunlar iki müxtəlif anlayışlardır. Yaxşı nitq daha geniş anlayış olub, həm də D.n. anlayışını əhatə edir. Düzgünlük yaxşı nitqin ancaq bir cəhəti ola bilər. Düzgünlük nitqdə təzahür edən ədəbi norma deməkdir.