EKRANLAŞDIRMAQ (make screen version) – Xüsusi olaraq kino üçün yazılmayan pyesi və ya başqa bir bədii əsəri kinoda, ekranda göstərmək üçün uyğunlaşdırmaq.
EKRAN MENYUSUNUN KÖMƏYİ İLƏ PROQRAMLAŞDIRMA (on screen programming) – Video cihazını proqramlayanda TV ekranını göstərici olaraq istifadə etməyə imkan verən sistem.
EKSPANDER, g e n i ş l ə n d i r i c i (expander) – Giriş siqnalının amplitudası artdıqca veriliş əmsalı artan səviyyələrin avtomatik tənzimləyicisi (SAT).
EKSPERİMENT (experiment) – Sınaq, təcrübə. Hansısa yaradıcılıq niyyətini qeyri-ənənəvi üsullu həyata keçirmək.
EKSPERİMENTAL KİNO MƏRKƏZİ (experimental cinema center) – 1935-ci ildə Romada yaradılan dövlət tədris müəssisəsi. Aktyorlar, rejissorlar, ssenaristlər, operatorlar, rəssamlar, kino təşkilatçıları və s. mütəxəssislər hazırlayır. Təhsil müddəti 2 ildir. Bu təhsil ocağına yalnız seçdiyi ixtisas üzrə müəyyən hazırlığı olan şəxslər qəbul olunur. Hər bir şöbədə cəmi bir neçə nəfər (o cümlədən əcnəbilər) müdavim dərs keçir.