EKSPOZİMETR (exposimeter) – Bax: E k s p o n o m e t r.
EKSPOZİSİYA (exposition/exposure) – 1)Bədii əsərdə süjetin tərkib hissəsi; təhkiyənin inkişafı üçün hazırlıq olan bir hadisəni izah edən epizod; 2) Fotoşəkil çəkdikdə, yaxud fotoşəkil çap etdikdə işığahəssas təbəqədə (fotomaterialda) alınan işığın miqdarı. E. işıqlanma dərəcəsinin işıqlandırma vaxtına hasili ilə ölçülür.
EKSPOZİSİYA KALKULYATORU (exposition calculator) – Tapılmış ilkin xarakteristikaya görə möhkəmliyin hesablanmasına xidmət edən eksponometrin bir hissəsi. E.k. adətən, hərlənən disk, yaxud xətkeş şəklində olur. Xətkeşin üstündəki ayrı-ayrı cizgilər möhkəmliyin səviyyəsini göstərir.
EKSPRESSİV (expressive) – Təsirli, ifadəli, ekspressiyaya malik olan. E. nitq, E. ifadə.