ELEKTROFON (electrophone) – Qrammofon valını oxutmaq üçün adaptor, səs tezlikli elektrik rəqsləri gücləndiricisi və elektrodinamik reproduktordan ibarət gəzdirilə bilən səyyar aparat.
ELEKTROMAQNİT (electromagnet) – Elektrik cərəyanının köməyi ilə maqnit sahəsi yaradan qurğu.
ELEKTROMAQNİT DALĞALARI (electromagnetic waves)– Elektromaqnit rəqslərinin fəzada yayılması hadisəsi. Boşluqda bu dalğalar sönmür, onların elektrik (E) və maqnit (N) sahəsi vektorları bir-birinə perpendikulyar müstəvilərdə rəqs edir, dalğa özü isə bu rəqslərə perpendikulyar istiqamətdə (eninə dalğa), s=3.1010 sm/san sürəti ilə yayılır.