ELEKTRONİKA (electronics) – Elm və texnikanın elektron və ion hadisələrinin tədqiq və tətbiqini öyrənən sahəsi. E. müasir avtomatika, telemexanika, radiotexnika, kibernetikanın və s. əsasını təşkil ed
ELEKTRONİKA (electronics) – Elm və texnikanın elektron və ion hadisələrinin tədqiq və tətbiqini öyrənən sahəsi. E. müasir avtomatika, telemexanika, radiotexnika, kibernetikanın və s. əsasını təşkil edir.
ELEKTRON KART (smart card) – Qapalı pullu kanallara baxmaq üçün dekoderə qoyulan bank kartı ölçüsündə açar.
ELEKTRON KİNOTEATR (electronic theater) – Videofilmlərin nümayiş etdirildiyi kinoteatr. Belə kinoteatrlar yaratmaq ideyası yüksək dəqiqlikli TV-nin inkişafı ilə bağlı meydana çıxmışdır.