ELEKTRON QAPANMA (electronic shutter) – TV-də kinofilmlərin kadr qapanma impulsu intervalı ilə sinxron göstərilməsi üçün istifadə olunan üsul.
ELEKTRON QƏZET (electronic newspaper) – Qəzet informasiyasının istehlakçıların tələbinə və yaradıcıların maraqlarına müvafiq formalarda, həcmlərdə TV və kompüter ekranlarına köçürülməsi. E.q.-lərin imkanlarını və perspektivlərini müzakirə edən kommunikoloqların fikrincə, bu, bir sıra üstünlüklərə malikdir: əvvəla, qəzet kağızı qiymətlərinin vaxtaşırı artmasından az asılıdır, bundan başqa İnternetə çıxmaq yolu ilə auditoriyası genişlənir.