ELEKTRON PROQRAM GÜNDƏLİYİ (electronic programme guides – EPG) – Proqramların elektron siyahısı. Tarix/Vaxt cədvəli və müxtəlif proqramlar üçün təqvim cədvəli əsasında qurulur.
ELEKTRON PROYEKSİYA (electronic projection) – Böyük TV təsvirlərinin ekranda proyeksiyası üçün linzalardan və elektron-şüa borularından istifadə.
ELEKTRON TƏSVİR (electron image)– 1) Elektron şüaların hər hansı səthdə əmələ gətirdiyi virtual təsvir. Bu səthdə paylanan elektronların eyni sıxlığı optik təsvirin proporsional parlaqlığını təmin edir; 2) Kameranın görə bildiyi, həmçinin işığa verildiyi elektron görüntü.
ELEKTRON TV SİSTEMİ (electronic TV system) – Həm enerji toplanması, həm də bunsuz işləyən ötürücü borulu və bərkcisimli fotodəyişdiricisi olan bütün sistemlərin məcmusu.
ELEKTRON YAZI VİDEOMAŞINI (video typewriter) – Mikroprosessorda qurularaq mətn və titrlərin TV təsvirlərinə əlavə edilməsi üçün nəzərdə tutulan qurğu. E.y.v. elektron yaddaşa malikdir.
ELEMENT (element) – Verilişin, filmin, təsvirin bir ünsürü; tamın, bütövün tərkib hissəsi; adam, şəxs, ünsür; müəyyən sistemin tərkibinə daxil olan və hüdudları daxilində bölünməz kimi nəzərdən keçirilən obyekt (məs., «molekul» sistemində atom, «atom» sistemində elektron və s.) anlayışı.