EPİZODİK (episodic(al)) –1) Sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Epizodik kömək.; 2) Yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan. Epizodik surətlər.
EPİZODİK SERİYALAR (episodis series) – 1930-1940-cı illərdə radioda yaranan, sonra isə TV proqramlarında yer tutan dramaturji forma, janr. Onun kompozisiyasının əsasında iştirak edən şəxslərin hissləri və həyatı haqqında bitmiş hekayətlər formasında epizodlar silsiləsi durur. Seriyanın bütün hissələri üçün əlaqə xətti ümumi mövzudur. E.s.-ın bütün hissələrinin strukturu iştirak edən şəxslər arasında standartlaşdırılmış münaqişələrin müəyyən toplusundan ibarət qapalı – formul xarakteri daşıyır.