Азярбайъан Енсиклопедийасы


ESTETİK QAVRAYIŞ (aesthetic(al) perception)



Yüklə 2,68 Mb.
səhifə175/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   171   172   173   174   175   176   177   178   ...   809
ESTETİK QAVRAYIŞ (aesthetic(al) perception) – İnsanın ətrafdakı predmetlərin gözəlliyini (onların formasının, rənginin, musiqi səsinin və s.) hiss etmək qabiliyyəti. E.q. hissi qavrayış əsasında müxtəlif predmetlərin insanın görmə və eşitmə üzvlərinə təsir edərkən əsəb sisteminin oyanması, onun beynə verilməsi və orada yeni şəkil alması ilə əşyaların məkan formalarını, rəngini, səsini və s. əks etdirmək (hiss etmək) qabiliyyəti əsasında inkişaf edir.

ESTETİK TƏRBİYƏ (aesthetical trainig) – İnsanda həyatın və incəsənətin gözəllik və ülviliyini qavramaq, düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bacarığının aşılanmasına və təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemi. E.t.-nin məqsədi cəmiyyət üzvlərinin əqli, siyasi, əxlaqi və fiziki cəhətdən hərtərəfli inkişafına kömək etmək, onlarda gözəllik hissini təkmilləşdirmək, gözəllik qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır.

ESTETİK ZÖVQ (aesthetic taste) – İnsanın təbiət və cəmiyyətin predmet və hadisələrinin estetik xüsusiyyətlərini duymaq, başa düşmək və qiymətləndirmək qabiliyyəti. E.z. insanın gerçəkliyə, estetik keyfiyyətlərin zənginliyinə, ictimai praktika prosesində gözəllik, eybəcərlik, komiklik, faciəvilik və s. kimi təsəvvürlər mövqeyindən verdiyi qiyməti ifadə edir. Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət E.z. adlanır.

ESTRADA (stage/platform) – 1) Kütlə qarşısında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança; 2) Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s. ibarət kiçik formalı tamaşa. Estrada sənəti – dram, musiqi, xoreoqrafiya, sirk sənətini birləşdirən səhnə sənəti növü.

EŞİDİLMƏ HƏDDİ (audibility limit) – İnsan qulağının qavraya bildiyi ən kiçik səs şiddəti. E.h. yaşdan, şəraitdən, qulağın fizioloji halından və s. asılı olaraq müxtəlifdir. E.h. səs tezliyindən də asılıdır. İnsan qulağının ən yüksək həssaslığı 1-6 khs diapazonundadır.

EŞİTMƏ (hearing/ear) – Səs dalğalarının qavrayışını təmin edən funksiya. Eşitmə sisteminin və ya eşitmə analizatorunun fəaliyyəti ilə təmin olunur. Təkamül prosesində E. ilk dəfə həşəratlarda əmələ gəlmişdir; bütün onurğalılarda var, məməlilərdə isə daha çox inkişaf etmişdir. E. zamanı səs dalğaları xarici qulaqdan keçib təbil pərdəsi vasitəsilə orta qulaqdakı E. sümüklərinə verilir, E. sümükləri isə qulaqdakı mayeni ehtizaza gətirir.

EŞİTMƏ YADDAŞI (ear memory) – Səslərin (məs., musiqi) asanlıqla yadda saxlanılması ilə təzahür edən yaddaş. Müvafiq olaraq söz yaddaşı sözlərin, görüntü yaddaşı təsvirin, emosional yaddaş isə ekrandakı emosional vəziyyətlərin asan yadda saxlanılması ilə xarakterizə olunur.

ETALON (standard) – Örnək, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi; ideal yaradıcılıq işi; yaxşı, gözəl kino çəkmək, veriliş hazırlamaq nümunəsi, örnəyi.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin